Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Həbs olunduğu deyilən iş xanımından şok açıqlama:"Zaur Baxşəliyevdən prokurorluğa şikayət etmişəm"

Həbs olunduğu deyilən iş xanımından şok açıqlama:"Zaur Baxşəliyevdən prokurorluğa şikayət etmişəm"

Həbs olunduğu deyilən iş xanımından şok açıqlama:"Zaur Baxşəliyevdən prokurorluğa şikayət etmişəm"
2020-02-11 , 17:01

Baku.ws saytı Bakıda xanım iş adamının saxlanması barədə məlumat yayıb. Saytın yaydığı məlumata görə, Bakıda fəaliyyət göstərən "Mak Marin LTD" şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadə saxlanılıb.

Sayt iddia edib ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

Mediada yayılan məlumatlarla bağlı sözügedən şirkətin rəhbəri Mətanət Süleymanzadə oxu24.com saytına zəng edərək açıqlama verib.

O, bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir və ona heç bir cinayət işi açılmayıb və polisə də dəvət edilməyib.

Mətanət Süleymanzadə hadisənin şok təfərrüatını açıqlayıb.

"Dünən ATV telekanalında mənimlə bağlı araşdırma aparılmadan sujet yayımlanıb. Efirə gələn iki nəfər şəxs bildirib ki, guya mən onlardan pul alıb, işə düzəltmədən onları aldatmışam. Verilişin aparıcısı Zaur Baxşəliyev araşdırma aparmadan mənim əleyhimə orada həmin insanların çıxış etməsinə şərait yaradıb.

Həmin sujet efirə getdikdən sonra mənə çoxsaylı zənglər gəldi. Mənə şər atıldığını gördüyüm üçün özümə xəsarət yetirdim və Nərimanov Rayon Prokurorluğuna rəsmi ərizə ilə Zaur Baxşəliyevdən və mənim keçmiş əməkdaşlarımdan şikayət etdim.Onlar mənim adımdan istifadə edərək bir neçə vətəndaşdan pul alıbmış. Mənim bundan xəbərim olmayıb. Bu kimi qanunsuz əmələ yol verdiyi üçün əməkdaşlardan şikayət vermişəm. Həmçinin ATV-nin aparıcısı Zaur Baxşəliyev mənim haqqımda həqiqətə uyğun olmayan informasiyanı efirə verdiyi üçün rəsmi şikayət etmişəm. İndi də araşdırma gedir."



Qeyd edək ki, "Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi.

M.Süleymanzadə yerli mediada yetərincə tanınmış simadır. İndiyədək bir neçə mükafata layiq görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.