Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Şəhidləri təhqir etdiyi deyilən şəxsin üzr istədilməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Şəhidləri təhqir etdiyi deyilən şəxsin üzr istədilməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Şəhidləri təhqir etdiyi deyilən şəxsin üzr istədilməsi ilə bağlı AÇIQLAMA - VİDEO
2021-10-14 , 18:21

Tovuz rayonunun Qovlar kəndində şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxsi bir neçə nəfər qəbiristanlığa gətirərək, üzr istəməyi tələb edib.

Yeniavaz.com xəbər verir ki, onlar qəbiristanlıqda həmin şəxsi şəhidlərin məzarı önündə diz çökməyə və daha sonra məzar daşlarını öpməyə məcbur edib, həmin prosesi lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Yeniavaz.com-a bildirib ki, sosial şəbəkələrdə yayılan həmin video-görüntülərlə bağlı Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır. "Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat açıqlanacaq".
Şəhidləri təhqir etdiyi deyilən və onu cəzalandıranların kimliyi hələlik açıqlanmır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.