Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Deputat: “Hər kəsə sürücülük vəsiqəsi vermək olmaz, bəzən elə sürürlər ki, maşın az qala uçur...”

Deputat: “Hər kəsə sürücülük vəsiqəsi vermək olmaz, bəzən elə sürürlər ki, maşın az qala uçur...”

Deputat: “Hər kəsə sürücülük vəsiqəsi vermək olmaz, bəzən elə sürürlər ki, maşın az qala uçur...”
2021-10-14 , 17:29

“Doğrudur ki, Azərbaycanda son dövrlər tıxac və buna müvafiq olaraq da avtoqəzaların sayı artıb. Tıxacın artmasına səbəb odur ki, ümumiyyətlə, ölkədə maşın sayı artıb və ali və orta ixtisas təhsil müəssisələrinin açılması ilə əlaqədar sıxlıq yaranıb. İstənilən halda, bütün sürücülərə ciddi nəzarət etmək lazımdır. Ötən gün aeroport yolunda baş verən ağır yol nəqliyyat hadisəsi də bunu sübut edir".

 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
 
O bildirib ki, 19 yaşlı gənc ağır yük maşınında sükan arxasında oturubsa,  həmin sürücünün iş təcrübəsi, bacarığı mütləq yoxlanılmalı idi: "Beş nəfər həyatını itirib, qalanları isə xəstəxanaya yerləşdirilib. Həmin gənc həm öz həyatını, həm də digərlərinin həyatını belə demək mümkünsə, məhv edib. Bu məsələdə məsuliyyət bir neçə qurumun üzərinə düşür. Doğrudan da, normal fəaliyyət göstərən qurumlar mövcuddur. Hazırda işğaldan azad olunmuş ərazilərdə də ciddi işlər aparırlar və düzgün də edirlər. Çünki biz buralarda problemi birtəhər yola verərik, amma əsas odur ki işğaldan azad edilmiş ərazilərdə yollar bərpa edilsin.Nəzərə almaq lazımdır ki, həmin ərazilərə gediş-gəliş çoxalıb, hətta xarici qonaqlar da ora səfər edirlər. Yəni, işğaldan azad edilmiş torpaqlarda yol infrastrukturunun yaxşılaşdırılması vacibdir. Bakıda da son illər yeni yollar salınıb, infrastruktur yaxşılaşdırılıb. Onu da qeyd edim ki, Bakının elə ən yaxşı yollarından biri də dünən qəzanın baş verdiyi aeroport yoludur. Belə qənaətə gəlmək olur ki, sükan arxasında oturan sürücülərdən çox şey asılıdır. Məsuliyyət hər şeydən əvvəl öz üzərimizə düşür. Həmçinin sürücü intizamlılığının artırılması da vacibdir. Şəhərdə avtomobillərin sayı kəskin artıb. Kimə deyə bilərsən ki, maşın sürmə?! Ona görə də bu gün bütün dünya ölkələrində tıxacla qarşılaşmaq mümkündür. İtaliyada, Fransada, Rusiyada, Almaniya, Türkiyə və hətta Amerikada belə saatlarla davam edən tıxaclar baş verir. Qəzalara gəlincə isə, mütləq avtoqəzaları minimuma endirməyə çalışmalıyıq. Bunun üçün avtomobil nəzarətçilərinin  işini gücləndirmək və məsuliyyəti artırmaq lazımdır. Həm belə işçilər, həm də piyada və sürücülər məsələnin ciddiyyətini başa düşməlidirlər. Burada söhbət insan həyatından gedir. Elə hər kəsə sürücülük vəsiqəsi vermək olmaz. Bu məsələyə ciddi nəzarət etmək lazımdır. Avtomobil idarə edəndə də ehtiyatlı olmalıyıq. Bəzən elə sürürlər ki, yollarda maşınlar az qala uçur. Nə olub, təcili yardım və ya yanğınsöndürən maşını idarə edirsən?! Harasa 3-4 dəqiqə gecikməklə heç nə olmaz. Yol hərəkəti qaydalarına riayət etmək lazımdır".
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.