Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Aslan İsmayılov: “Hər tində durub sürücüləri güdən DYP əməkdaşları daha çox piyadaların qayda pozmalarına diqqət ayırmalıdırlar”

Aslan İsmayılov: “Hər tində durub sürücüləri güdən DYP əməkdaşları daha çox piyadaların qayda pozmalarına diqqət ayırmalıdırlar”

Aslan İsmayılov: “Hər tində durub sürücüləri güdən DYP əməkdaşları daha çox piyadaların qayda pozmalarına diqqət ayırmalıdırlar”
2021-10-14 , 17:27

“Yol Polisi İdarəsinin çox ciddi bir məlumatını oxudum. Qeyd olunur ki, “ 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır”. Bu məlumatda diqqətimi ən çox çəkən avtoqəzalar nəticəsində ölüm hallarının çoxunun piyadalarla bağlı olmasıdır. Əlbəttə, sürücülərin diqqətsizliyi, bəzi hallarda xuliqanlığı, pulla sürücülük vəsiqələrinin verilməsi az əhəmiyyət kəsb etmir. Ancaq ən əsas səbəblərdən biri piyadaların yol hərəkət qaydalarına diqqət yetirməmələridir”.

 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
 
A.İsmayılov qeyd edib ki, ən ciddi məsələ isə piyada keçidləri ilə bağlıdır: “Bir çox yerlərdə piyada keçidləri azlıq təşkil edir. Ancaq piyada keçidləri olan yerlərdə də piyadalar maneələri aşmaqla yolu keçməyə üstünlük verirlər. Ən azından Bakının əsas işlək magistral yollarından biri olan yüksək sürətli Heydər Əliyev prospektində tez-tez piyadaların ölümü ilə nətəcələnən xəbərləri oxuyuruq. Bundan başqa özüm hər gün Bibiheybət qəsəbəsindən şəhərə maşınla gələndə gördüklərim odur ki, 5 metrliyində keçid olan yerlərdə belə yaşlı-başlı insanlar o yolu da qaçaraq keçirlər və hər gün qəza ilə nəticələnə biləcək qayda pozuntusuna yol verirlər. Çox ciddi problem isə piyadaların günahı ucbatından baş verən avtoqəzalarda ekspertlərin verdikləri rəylərdir. Demək olar ki, bütün hallarda sürücünün yol nəqliyyat hadisəsinin qarşısını ala biləcəyi haqqında rəy verilir. Bunun isə bilərkdən, korrupsiyaya şərait yaratmaq məqsədi ilə edildiyini təxmin edirəm. Ona görə də hesab edirəm ki, ekspertlər yüksək sürətli yollarda piyada ilə bağlı qəzalarda bu cür rəylərin verilməsindən imtina etməlidirlər. Bundan başqa, hər tində durub sürücünün yol qaydalarını pozmasını güdən DYP əməkdaşları daha çox piyadaların qayda pozmalarına diqqət ayırmalıdırlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.