Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » “Bəxtiyar Hacıyev bacımın iş yerinə hücum çəkib” – Ülviyyə Alovlu Vilayət Eyvazova müraciət etdi

“Bəxtiyar Hacıyev bacımın iş yerinə hücum çəkib” – Ülviyyə Alovlu Vilayət Eyvazova müraciət etdi

“Bəxtiyar Hacıyev bacımın iş yerinə hücum çəkib” – Ülviyyə Alovlu Vilayət Eyvazova müraciət etdi
2021-09-16 , 07:54

İctimai fəal Bəxtiyar Hacıyev jurnalist Ülviyyə Alovlunun indi də bacısına qarşı hücumlara başlayıb.

Reportyor.info xəbər verir ki, ailəsinin aqibəti üçün narahat olan Ülviyyə Alovlu artıq Daxili İşlər Nazirliyinin sosial media hesabına bu haqda məlumat verib. Jurnalistin mətnini olduğu kimi təqdim edirik:
“Bugün səhər saat 11 radələrində bloger Bəxtiyar Hacıyev hansısa yollarla ailəm haqda məlumatları əldə edərək, bacımın iş yerinə hücum çəkmiş, aqressiv şəkildə nalayiq ifadələrlə bacımı axtardığını bildirmişdi.
Hadisə ilə bağlı artıq 102 xidmətinə məlumat vermişik. Görüntülər müşahidə kameralarına düşüb və onlar da öz növbəsində hüquq mühafizə orqanlarına təqdim olunacaq.
Bundan belə mənim və ailəmin təhlükəsizliyi sırf hüquq-mühafizə orqanlarının boynuna düşür.
Çünki Bəxtiyar Hacıyevi məxfi məlumatlarla təmin edən, onun mənə qarşı bu ilk olmayan hücumlarını görməzdən gəlib, cəzasız qoyan da məhz dövlət güc strukturlarıdır.
Polisə edilən şikayətlə bağlı mediada gedən xəbərləri jurnalistlərə təzyiq göstərərək sildirən də səlahiyyətli hüquq-mühafizə məmurlarıdır.
Bəxtiyar Hacıyevlə əlbir olub onu iqtidara “müxalifət” kimi təqdim edərək Feysbuk vasitəsi ilə İlham Əliyevi söydürənlər, elə onun öz əhatəsində olan, amma əslində xarici qüvvələrə işləyən müxənnətlərdir.
Buna artıq tam əminəm!
Bununla artıq neçənci dəfədir ki, mənim şəxsi və məxfi məlumatlarım Bəxtiyar Hacıyevə ötürülür. Bəxtiyar Hacıyev isə öz növbəsində hakimiyyətdə olan havadarlarının hesabına qadın zorakılıqlarına qol qoyur, amma sudan quru çıxmağa müvəffəq olur.
Buradan Daxili İşlər Nazirliyinə müraciət edirəm, bundan belə mənə və ailəmə bir şey olsa, bunun birbaşa günahkarı bütün dövlət mühafizə orqanlarıdır.
Həqiqətən, təngə gəlmişəm, bezmişəm!
Bu mənəvi terrora bir son qoyan olacaq ya yox?
Bunun bir yiyəsi də yoxdur ki, dayandırsın?
Mən siyasi sferadan deyiləm e, əl çəkin.
Pişiyimdən də əl üzmüşəm, daha məndən nə istəyirsiniz?
Gərək elə qan çıxa ki, aidiyyati güc strukturaları kor gözlərini açıb reallığı görə?
Bu ölkədə qadınların əzildiyi bəs deyilmi?
Qadın zorakılığına göz yumanlar, elə onun iştirakçısı sayılır!” ​https://reportyor.info/b%c9%99xtiyar-haciyev-bacimin-is-yerin%c9%99-hucum-c%c9%99kib-ulviyy%c9%99-alovlu-vilay%c9%99t-eyvazova-muraci%c9%99t-etdi/​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.