Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Afaq Bəşirqızına təpki: “Nə oldu idman yarışlarında koronavirus olmadı, amma teatrda oldu?“

Afaq Bəşirqızına təpki: “Nə oldu idman yarışlarında koronavirus olmadı, amma teatrda oldu?“

Afaq Bəşirqızına təpki: “Nə oldu idman yarışlarında koronavirus olmadı, amma teatrda oldu?“
2021-09-10 , 13:40

Afaq Bəşirqızının teatrların açılmasına qadağa nidası qoyması sənət adamlarının əks-cəbhə yaratmasına səbəb olub. Xalq artistinin əleyhdarları günbəgün çoxalmaqdadır.

Yenisabah.az-a danışan aktyor Allahverdi Yolçuyev də teatrların açılmasının mütləq tərəfdarları arasındadır.
"Sehrli güzgü"nün "Ovçu Pirim"i bildirib:
“Teatrlar mütləq açılmalıdır. Əgər Azərbaycandakı aktyor, rejissorların məhv olub getməsini istəmirlərsə, tezliklə teatrları açmalıdırlar. “Pandemiya var” deyib söhbəti bağlamaq olmaz. Vacib deyil ki, teatr zallarını ağzına qədər doldursunlar. Teatrda ara məsafəsi saxlamaq daha asandır. 500 nəfərlik zala 150 bilet sata bilərlər. Tamaşaçılar ağzında maska ilə tamaşaya baxa bilər. Teatrsevərləri 2 ildən artıq teatrdan təcrid eləmək olmaz. Teatr canlı həyatdır, bu hal bir az davam etsə, ölkədə sənət məhv olub gedəcək. Aktyorların teatrdan başqa işi yoxdur.
Söhbət ondan getmir ki, evdə olsalar da, maaşlarını alırlar, söhbət ondan gedir ki, yaradıcı adamlar həssas olur, işləmək, yaratmaq istəyir, sənətçilər səhnənin tozu üçün belə darıxıblar. Bütün dünyada teatrlar fəaliyyətini davam etdirir, camaat gedib-gəlir. Nə oldu idman yarışlarında koronavirus olmadı, amma teatrda oldu? Onda belə çıxır ki, koronavirus qaranlığa gəlir? (gülür)
Axı teatr kimə mane olur? Yenə deyirəm, ara məsafə saxlamaqla, qapıda COVİD pasportu yoxlamaqla və hərarəti ölçməklə zala insanları buraxa bilərlər. Teatra 150-200 nəfərin gəlməsi üçün hər cür şərait var.
Qısası, teatrsız mümkün deyil, Azərbaycanda kino yoxdur, heç olmasa, teatrlar olsun”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.