Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Təhsil Nazirliyi: Vaksinsiz təhsil işçiləri məktəblərə buraxılmayacaq

Təhsil Nazirliyi: Vaksinsiz təhsil işçiləri məktəblərə buraxılmayacaq

Təhsil Nazirliyi: Vaksinsiz təhsil işçiləri məktəblərə buraxılmayacaq
2021-09-09 , 18:21

Təhsil Nazirliyi vaksinasiyadan keçməyən təhsil işçilərinə xəbərdarlıq edib.


TİA.AZ xəbər verir ki, məlumatda yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərtinin təhsil işçilərinin vaksinasiyası ilə bağlı olduğu qeyd olunub.

Bildirilir ki, təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır: “Hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir”.

“Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq” – deyə nazirliyin məlumatında qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.