Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Polisi döyən deputat Eldəniz Səlimov kimdir? - DOSYE

Polisi döyən deputat Eldəniz Səlimov kimdir? - DOSYE

Polisi döyən deputat Eldəniz Səlimov kimdir? - DOSYE
2021-07-30 , 15:20

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktını Baş Prokurorluq təsdiqləyib.


Metbuat.az xəbər verir ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Məlumata görə, deputat Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib. Xatırladaq ki, bu barədə xəbəri ilk dəfə "Bakupost.az" saytı yayımlayıb.
Bəs Eldəniz Səlimov kimdir? Deputatın dosyesini təqdim edirik.
Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası - Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məкtəbi bitirib. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.

Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov, 2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışıb. 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov, 2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü vəzifəsində çalışıb. Eldəniz Səlimov, həm də, AvstraliyaYeni ZelandiyaBelarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.