Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Əmanətçilər “Rabitəbank”dan 90 milyon manat çıxarıb

Əmanətçilər “Rabitəbank”dan 90 milyon manat çıxarıb

Əmanətçilər “Rabitəbank”dan 90 milyon manat çıxarıb
2021-07-19 , 17:01

30 iyun 2021-ci il tarixinə “Rabitəbank” ASC-nin aktivləri 737.157 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 93.759 milyon manat azdır.

Index.az bankın 2021-ci ilin II rübünə dair maliyyə hesabatını təhlil edib.
Təhlil göstərir ki, hesabat dövrünün sonuna bankın kredit portfeli 440.613 milyon manat təşkil edib. İl ərzində bankın kredit portfeli 17.281 milyon manat böyüyüb. Qeyd edilən dövr ərzində bankın verdiyi istehlak kreditləri 16.794 milyon manat artıb, biznes kreditləri isə 3.812 milyon manat azalıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin iyulun 1-dək bankdan 87.110 milyon manat məbləğində depozit çıxarılıb. Hazırda bankın depozit portfeli 459.062 milyon manat təşkil edir. Fiziki şəxslərin depozitləri 220.053 milyon manat, hüquqi şəxslərin depozitləri isə 239.009 milyon manatdır. Fiziki şəxslər bu müddət ərzində bankdan 12.487 milyon manat, hüquqi şəxslər isə 74.623 milyon manat çıxarıb.
Ötən ilin ilk yarısını bank 1.774 milyon manat mənfəətlə başa vursa da, bu ilin eyni dövrünü 4.685 milyon manat qazancla yekunlaşdırıb.
Bankın nizamnamə kapitalı dəyişməyib 101.3 milyon manat, məcmu kapitalı isə 100.492 milyon manatdır ki, bu da requlyatorun normasından (50 milyon manat) 2 dəfə çoxdur.
“Rabitəbank” 1993-cü ildə yaradılıb. Bankın səhmlərinin 40.6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11.48%-i Zakir Nuriyevə (Müşahidə Şurasının sədri), 9.11%-i Dilarə Nuriyevaya, 7.6%-i Seyran Nuriyevə (baş direktoru), 1.07%-i Aslan Xasiyevə (Müşahidə Şurasının üzvü), 0.14%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.