Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Bərdədə transformator üsyanı - Sakinlər yolu bağlamaq istəyir - FOTO/VİDEO

Bərdədə transformator üsyanı - Sakinlər yolu bağlamaq istəyir - FOTO/VİDEO

Bərdədə transformator üsyanı - Sakinlər yolu bağlamaq istəyir - FOTO/VİDEO
2021-06-10 , 21:26

Bərdə rayonu, Şatırlı sovetliyinin Hacılı kəndində sovetdənqalma tronsformator iyunun 9-dan 10-na keçən  gecə partlayaraq yanıb. 

HİT.Az xəbər verir ki, transformatorun 2 ay ərzində növbəti dəfə partlaması kənd sakinlərini ayağa qaldırıb. Onlarla kənd sakini “Azərenerji” prezidenti Baba Rzayevə təcili tədbir görməsi üçün məktub yazıblar. Həmin məktubda deyilir: 
“Hörmətli Baba Rzayev!
Biz sovetdənqalma transformatorun ümidinə qalmışıq. Çırağımız tez-tez sönür. Bizim şikayətimizə baxan yoxdur. Biz məcburuq ki, Bakı-Bərdə yolunu bağlayaq. Xahiş edirik tədbir görəsiniz”.
Kənd sakinləri deyir ki, illərdir transformatorun dəyişdiriləcəyi ilə bağlı onlara vəd verirlər.
“Rayondakılar deyirlər ki, imkan yoxdur, transformatoru dəyişməyəcəyik. Şikayət edirik, gəlib transformatoru rəngləyib gedirlər. Şikayət edirik, gəlib transformatorun ətrafındakı otu, alağı təmizləyib, işlərini bitmiş sayırlar. Boğaza yığılmışıq, kənddə elə bir ev yoxdur ki, orada elektrik cihazı sıradan çıxmamış olsun. Nə qədər televizor, soyuducu təmir etdirmək olar?” – deyə kənd sakinləri etirazlarını bildirir.
​https://hit.az/az/olke/224674/berdede-transformator-usyani-sakinler-yolu-balamaq-isteyirfoto/​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.