Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib
2021-05-07 , 15:46

Mayın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib. 

 
İclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. 
 
Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında milsilis xidmətlərindən danışıb: “İlk dəfədir ki, xalqımız ulu öndər Heydər Əliyevin doğum gününü torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı, o cümlədən hamımız üçün müqəddəs olan Şuşa şəhərini işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırdı”.
 
Daha sonra Azay Quliyev gündəliyə təklif olunan aşağıdakı məsələlər haqqında məlumat verib:
 
1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması haqqında;
 
2. Agentliyin fəaliyyətinə dair daxili qaydaların  (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması haqqında;
 
3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2, 7.3-cü bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqi nəzərdə tutulan sənəd layihələrinə təkliflər haqqında;
a) Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası; 
b) İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası; 
c) Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası; 
d) Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi.
 
4. Agentliyin strukturu, işçilərin say həddi və işçilərin vəzifə maaşları layihəsi haqqında 
 
5. Agentliyin loqotipinin (emblemi) hazırlanması haqqında;
 
6.  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri haqqında.
 
Gündəlik müzakirə edilərək  yekdilliklə təsdiq olunub. 
 
İclasda Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb:
 
1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması üzrə işçı qrupu:
 
Zaur İbrahimov (koordinator) 
Günel Səfərova 
İsrayıl İsgəndərov 
Əvəz Həsənov
 
2. Agentliyin fəaliyyətinə dair daxili qaydaların  (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması işçi qrupu:
 
Əvəz Həsənov (koordinator)
Zaur İbrahimov
Azər Allahverənov
 
3. Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası, İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi məsələləri üzrə işçı qrupu: 
 
Nurəddin Mehdiyev (koordinator)
Zakir Hacıyev
İlqar Orucov
 
4. Agentliyin loqotipinin (emblemi) hazırlanmasının təşkili üzrə işçı qrupu:
 
Günel Səfərova (koordinator)
Əvəz Həsənov
İlqar Orucov
 
5. QHT-lərin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və ictimai faydalılığının ölçülməsi üzrə işçı qrupu:
 
İsrayıl İsgəndərov (koordinator) 
Günel Səfərova 
Zaur İbrahimov
İlqar Orucov
 
İclasda gündəliyin 6-cı məsələsi geniş müzakirə edilib və Muşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri və bu sahədə görəcəyi işlər təsdiq olunub.
 
Sonda Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib. Bu haqda yaxın günlərdə əlavə məlumat veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.