Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - 1 milyonluq ayı yeyən varsa…

Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - 1 milyonluq ayı yeyən varsa…

Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - 1 milyonluq ayı yeyən varsa…
2021-05-05 , 14:48

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral fermasının üzə çıxması son günlərin müzakirə olunan mövzularındandır. Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir. Dünya mətbuatında gedən məlumatlarda maral fermalarının əsasən Yeni Zellandiya yaradıldığı qeyd olunur.


Maraqlıdır, Alimpaşa Məmmədovun maral fermasını yaratmaqda məqsədi nə imiş? O, bu heyvanların ətini, yoxsa südünü satmağı planlaşdırırmış?

Alimpaşa müəllim hazırda həbsdə olduğundan bu suallara cavabı onun öz dilindən eşitmək mümkün deyil.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov, Yeni Zellandiyada açıq havada qurulan maral fermalarını gördüyünü bildirib.

"Orada maral fermalarını görmüşəm. Onlar açıq havada ilboyu daim çöllərdə saxlanılır. Maral ətinə bir çox ölkələrdə tələbat var. O cümlədən maral dərisindən də istifadə olunur. Xüsusi maral növləri var ki, onların buynuzunun içərisindəki ilikdən dərman hazırlanır. Alimpaşanın fermasındakı maralları ətlik üçün saxlayırdılarsa, güman edirəm ki, onları elit restoranlara verəcəkdilər və ya dərisindən istifadə edərək, ətliyə çeviriləcəkdi” - E.Hüseynov deyib.

AİB rəhbəri bildirib ki, əgər ölkəmizdə ayını 1 milyona alıb yeyən adam varsa, demək ki, maralı yeyənlər daha çox olar: 

"Çünki ayının özü maral yeyir. Ayını yeyən maralı göydən düşmə kimi yeyər. Ölkəmizdə elə adamlar varsa, deməli maral ətinə də tələbat olub. Bu vaxta kimi maral əti yeməmişəm. Dadını da bilmirəm. Güman edirəm ki, normal bir ətdir. Düşünürəm ki, Alimpaşa Məmmədov maralı mütləq biznes məqsədi ilə saxlayıb. Hesab etmirəm ki, onun fermasında dərman hazırlanan maral növü ola…” 

Onun fikrincə, Qida Təhlükəsizlik Agentliyi bu fermadan xəbərsiz olmaya bilməz: 

"Qida zəncirində iştirak edən bütöv subyektlər Qida Təhlükəsizlik Agentliyində qeydiyyata daxil olmalıdır. Onlar maraldan hansı məqsədlər üçün istifadə edildiyini daha yaxşı bilərlər”.

Qida Təhlükəsizlik Agentliyinin məsələyələ bağlı mövqeyini öyrənmək mümkün olmayıb...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.