Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » İranın yük maşınları Laçın dəhlizinə necə gəlib?

İranın yük maşınları Laçın dəhlizinə necə gəlib?

İranın yük maşınları Laçın dəhlizinə necə gəlib?
2021-05-03 , 17:15

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa yardımların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

 

Bununla bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlamasında deyib ki, Rusiyanın məqsədi sülhməramlı missiyasını həyata keçirməkdən ibarətdirsə, bu vəzifəyə daxil olan funksiyalarının icrasından kənara çıxmamalıdır:
 
"Laçın dəhlizindən Qarabağa daxil olan yüklər və şəxslərin keçidi Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Humanitar yardımların göndərilməsi beynəlxalq praktikada mövcuddur. Amma göndərilən humanitar yardımları göndəriləcək ölkə ilə razılaşdırılmalıdır.
 

Odur ki, Laçın dəhlizindən üçüncü ölkəyə aid maşınlar və şəxslərin daxil olması ancaq ölkəmizin razılığı ilə baş verməlidir. Çox təəssüf  ki, sosial şəbəkələrdə İrana aid nömrə nişanlı avtomobillərdə yüklərin daşındığı haqqında video görüntülər yayılıb. Əgər bu yüklər humanitar məqsədlidirsə, təbii ki, ölkəmiz məlumatlandırılmalıdır. Yəni, Laçın dəhlizində  özbaşınalığın baş verməməsi üçün oarda Dövlət Sərhəd Xidməti əməkdaşlarının nəzarət postunun  yaradılmasını vacib hesab edirəm”.

Millət vəkilinin sözlərinə görə, əgər biz Laçın dəhlizindən keçirilən yüklərə nəzarət edə bilmiriksə və kənar nömrə nişanlı avtomobillərlə yüklər daşınırsa, bu o deməkdir ki, orada nəzarət edən sülhməramlılar xidmətlərini lazımi qaydada aparmır.
 
Politoloq İlqar Vəlizadə isə saytımıza açıqlamasında qeyd edib ki, məsələni tam şəkildə aydınlaşdırmaq lazımdır ki, bir daha bu hal təkrarlanmasın:
"Əlbəttə, Azərbaycanın xəbəri olmadan hər hansı yüklərin ərazimizə daşınması mümkün deyil. Bu qeyri-qanunidir. Bütün hallarda məsələyə dərhal aydınlıq gətirilməlidir. Yaxşı ki, sosial şəbəkələr var, orada bu informasiya daxil olur və dərhal reaksiya verilməlidir. Həmin ölkələrə bunun yolverilməz olduğunu bildirməliyik.
 

Biz eyni zamanda qarşı tərəflərdən izahat istəməliyik və bu bizi qane etməlidir. Əks təqdirdə isə müəyyən addımlar atmalıyıq. O cümlədən İran şirkətlərinin Qarabağın yenidənqurma işlərində iştirakı ilə əlaqəli müəyyən qərarlar verilməlidir. Yenə deyirəm ki, öncə təmkinlilik nümayiş olunmalıdır. Həm də qısa zamanda problem həll edilərək qanunsuz yükdaşımaların qarşısı alınmalıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.