Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Sabiq icra başçısı 3,8 milyonluq dövlət əmlakını oğluna 220 manata satıb (TƏFƏRRÜAT)

Sabiq icra başçısı 3,8 milyonluq dövlət əmlakını oğluna 220 manata satıb (TƏFƏRRÜAT)

Sabiq icra başçısı 3,8 milyonluq dövlət əmlakını oğluna 220 manata satıb (TƏFƏRRÜAT)
2021-04-29 , 14:38

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun qanunsuz əməlləri açıqlanıb.


Qaynarinfo xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda Alimpaşa Məmmədovun 3,8 milyon manatlıq bələdiyyə əmlakını oğlu Adil Adilzadəyə 220 manata satdığı qeyd olunub. 

Belə ki, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satdığı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, A.Məmmədov mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaiti oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəldərək cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.