Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Əxlaqsız videosu yayılan Hüseynbala Mirələmov kimdir?

Əxlaqsız videosu yayılan Hüseynbala Mirələmov kimdir?

Əxlaqsız videosu yayılan Hüseynbala Mirələmov kimdir?
2021-04-22 , 10:19

Xəbər verdiyimiz kimi, keçmiş deputat Hüseynbala Mirələmovun əxlaqsız videosu yayılıb.


Bütün ölkənin gündəminə çevrilən bu videonun qəhrəmanı Hüseynbala Mirələmov kimdir?

AZXEBER.COM onun tərcümeyi-halını təqdim edir: 

Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 

1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinifini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin  "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970-1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur.    
1965-ci ildən "Azərbaycan pioneri” qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi” işcisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma  idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir.   1986-cı ildən "Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır.  1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

2005 , 2010 və 2015-ci illərdə  33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları,  Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva,  Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun rəhbəri olmuşdur.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-cı ildə "Bir tikə çörək” hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu” 1986-cı ildə işıq üzü görüb.

Hüseynbala Mirələmovun "Xəcalət”, "Utanc” və "Mənəviyyatın ekologiyası” adlı əsərləri var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.