Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Siyavuş Novruzovun səs yazısı yayıldı - Audio

Siyavuş Novruzovun səs yazısı yayıldı - Audio

Siyavuş Novruzovun səs yazısı yayıldı - Audio
2021-04-08 , 18:07

Bir müddət öncə Milli Məclisin deputatı Siyavuş Novruzov Unikal.org-a açıqlamasında Daxili İşlər Nazirliyini məhkəməyə verəcəyini bildirmişdi. O,  bu məsələdə geri addım atmayacağını, güzəştə getməyəcəyini, hətta Avropa Məhkəməsinə qədər gedəcəyini söyləmişdi.



Amma S.Novruzov sonradan öz sözlərini inkar edərək, belə ifadə işlətmədiyini qeyd etdi. Millət vəkili növbəti açıqlamalarında Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətində olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bildirmişdi. 
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov karantin qaydalarını pozaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə DİN tərəfindən 400 manat cərimə olunmuşdu.
Oxucuların marağını nəzərə alaraq həmin açıqlamanın səs yazısını təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.