Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı — VİDEO

Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı — VİDEO

Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı — VİDEO
2021-03-05 , 20:01

Gəncədə Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərimizin qəbirləri üzərindən gül çələngləri və bayraqlar sökülərək məişət tullantıları qutularına atılıb. 


Şəhid anası Rasimə Arazova bildirir ki, qəbirstanlığa gələndə məzarın üzərində gül və bayrağın olmadığını görüb:

“Hər şey zibil qutusunda idi. Burda yatanların hamısı bizə görə vuruşub”.

Məsələ barəsində Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Baku TV-yə bildirib ki, şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi onları yenisi ilə əvəzləməkdir:

“Məqsəd məzarların üstünü yeni güllərlə bəzəməkdir. Çünki Novruz Bayramı ilə bağlı Şəhidlər xiyabanına ziyarətə gələnlər olacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.