Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » “Oba market”, "Starex" və "Dynamex"də pozuntular aşkarlandı

“Oba market”, "Starex" və "Dynamex"də pozuntular aşkarlandı

“Oba market”, "Starex" və "Dynamex"də pozuntular aşkarlandı
2021-03-05 , 19:30

Ticarət və xidmət obyektlərində monitorinqlər keçirilib.

 
Pravda.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə martın 4-də keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda Vüqar Quliyevə məxsus pərakəndə ticarət obyektində, Yasamal rayonunda "Starex" MMC-yə məxus mağazada, Xəzər rayonunda “Oba market”də, Xədicə Orucovaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Rose geyim mağazası”nda, Binəqədi rayonunda "M Bulak Bank Olmayan Kredit Təşkilatı” MMC-də, Nəsimi rayonunda "Dynamex" MMC-də, ümumilikdə, 7 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
 
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.