Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Azərbaycanda məktəblər yenidən bağlanır

Azərbaycanda məktəblər yenidən bağlanır

Azərbaycanda məktəblər yenidən bağlanır
2021-03-01 , 16:45

Bakıda məktəblərin koronavirusa görə yenidən bağlanılması, distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.  Bildirilir ki, artıq 5 ə yaxın orta məktəb virusa görə tədris prosesini müvəqqəti olaraq distant rejimə keçirib.

 
Bununla bağlı təhsil eksperti Kamran Əsədov fikirlərini bölüşüb:
 
"Virus səbəbilə bağlanan məktəblərin sayı artıq 10-dan çoxdur. Bəziləri statistikaya daxil edilməsə belə, məndə olan məlumata görə artıq Qaradağ rayonunun Lokbatan qəsəbəsində də iki məktəb fəaliyyətini dayandırıb. Həmçinin, ölkədə virusa yoluxmağa görə digər məktəblər də tədris prosesinin istiqamətini dəyişib. Bu gözlənilən idi və artıq yüzdən çox sinif yoluxmaya görə bağlanıb.
 
Məktəblərdə yoluxma sayı dedikdə, təbii ki, ümumi kontingentin yoluxma kütləsini başa düşürük. Bilirik ki, bu ciddi rəqəmdir və hesab edirəm ki, yoluxmuş şəxslər müəyyənləşdirilməlidir. Ona görə ki, görülməli işlər tam şəkildə həyata keçirilməyib, səhlənkarlıqlar müşahidə olunub. Yoluxma sayı artarsa, birmənalı şəkildə tədris prosesi dayandırılacaq. Yəni məktəblər bağlanacaq. Çünki, görürük ki, yoluxma dinamikası artıq artır.
 
Qeyd edim ki, tədrisin distant olduğu müddətdə belə, şagirdlər arasında yoluxma halları var idi. Hazırda tədris prosesi əyani keçildiyinə görə virusun digər şəxslərə keçməsi məsələsi də var. Olanları nəzərə alsaq, ölkədə karantin rejiminin sərtləşdirilməsini düşünə bilərik. Buna baxmayaraq düşünürəm ki, bütün hallarda təhsil müəsissələrinin yenidən bağlanmasına ehtiyac yoxdur "./Azadinfo.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.