Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Deputatın istirahət mərkəzində Xocalı soyqırımı günü diskoteka təşkil olunacaq — FOTO

Deputatın istirahət mərkəzində Xocalı soyqırımı günü diskoteka təşkil olunacaq — FOTO

Deputatın istirahət mərkəzində Xocalı soyqırımı günü diskoteka təşkil olunacaq — FOTO
2021-02-24 , 17:28

Deputat İqbal Məmmədova məxsus Lerikdəki “Relax” İstirahət Mərkəzi fevralın 26-sı və 27-də xüsusi kampaniya elan edib.


Artıq bir neçə gündür, istirahət mərkəzinin rəsmi səhifəsində bununla bağlı elan yerləşdirilib. Həmin elanda qeyd edilir ki, “Relax” fevralın 26 və 27-si, həftə sonu ilə əlaqədar kampaniya keçirir. Kampaniyaya bir gecə, iki gün olmaqla yanaşı, uşaqlar üçün əyləncələrin təşkili, konsert proqramı, diskoteka və digər əyləncələr nəzərdə tutulub. Bunun üçün isə 79 manat pul ödənilməsi lazımdır.

Kampaniyanın həqiqi olub-olmadığı ilə bağlı “Relax”ın nümayəndəsi ilə telefon əlaqəsi saxlanılıb və bildirilib ki, belə bir proqram nəzərdə tutulub. İstirahət mərkəzində yerləşmək üçün əvvəlcədən rezerv etmək lazımdır. O, qeyd edib ki, diskotekaların, konsertlərin və uşaq əyləncələrinin təşkili üçün bütün tədbirlər görülüb.

Məsələ ilə bağlı “Relax” İstirahət Mərkəzinin sahibi, deputat İqbal Məmmədovla da əlaqə saxlanılıb. Deputat Asiya.az-ın əməkdaşına bildirib ki, “Relax İstirahət mərkəzinə mənim heç bir adiyətim yoxdur”.

Bundan öncə də “Relax” ailəvi istirahət mərkəzində qalmaqallı hadisə yaşanıb. Belə ki, dekabr-yanvar aylarında Azərbaycanda koronavirusla bağlı sərtləşdirilmiş karantin rejiminin hökm sürməsinə baxmayaraq, orada yeni il şənliyinə ciddi hazırlıq işləri gedirdi. Qeyd edək ki, fevralın 26-sı hər il Azərbaycanda Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Hər il dövlət başçısı və ailə üzvləri daxil olmaqla, bütün hökumət və ictimai-siyasi kəsim, habelə ölkə əahlisi Xətai rayonu ərazisində yerləşən “Xocalı Abidəsi”ni ziyarət edirlər. Bundan başqa, bütün dünyada yaşayan azərbaycanlılar hər il fevralın 26-da yaşadıqları ölkələrdə Xocalı Faciəsini qeyd edir, bunun üçün yürüşlər və aksiyalar təşkil edirlər. Lakin görünən və bilinən odur ki, deputat İqbal Məmmədov üçün Xocalı Soyqırımının heç bir əhəmiyyəti və önəmi yoxdur. Əgər belə bir şey olsaydı, sahibi olduğu İstirahət Mərkəzində məhz fevralın 26-da əyləncə proqramı təşkil etməz və xüsusi endirimlər müəyyənləşdirməzdi. “Relax”da 26 fevralda belə bir proqramın təşkili, xüsusi kampaniyanın təşkil edilməsi Azərbaycan tarixinə, onun ən qanlı səhifələrindən biri olan Xocalıda şəhid olan insanlarımızın ruhuna hörmətsizlikdir.
https://demokrat.az/az/news/69108/deputatin-istirahet-merkezinde-xocali-soyqirimi-gunu-diskoteka-teskil-olunacaq-foto

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.