Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » "Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz" - Deputat

"Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz" - Deputat

"Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz" - Deputat
2021-02-23 , 18:11

“Biz artıq 4 aya yaxındır Zəfər qazanmışıq. Amma əlilliyin təyin olunması məsələlərində problemlər qalmaqdadır”.


Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Vətən müharibəsində könüllü səfərbərliklə əyinlərinə hərbçi paltarı geyinənləri, Ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil: “Müvafiq qurumlar Vətən müharibəsində iştirak edənlərin əlillik dərəcələrini tezliklə təyin etmək üçün işlər görməlidir. Digər tərəfdən Vətən müharibəsində bizə şərəf hissi bəxş edənlərin əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil. Türkiyədə, Böyük Britaniyada bu, fərqli tətbiq edilir. Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlilik dərəcəsi tətbiq edilir. Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələ aidiyyəti qurumlarda baxılmalıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.