Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Qazi: “Mən qəza etməmişəm ki, 3-cü qrup əlillik verilir” — VİDEO

Qazi: “Mən qəza etməmişəm ki, 3-cü qrup əlillik verilir” — VİDEO

Qazi: “Mən qəza etməmişəm ki, 3-cü qrup əlillik verilir” — VİDEO
2021-02-22 , 15:44

Vətən müharibəsində bir ayağını itirmiş qazi Vasif Nəbiyev də ona əlillik dərəcəsinin düzgün təyin edilməməsindən narazıdır.


“İTV Xəbər–Yekun”a danışan V.Nəbiyev Kəlbəcərin Hacıkənd kənd sakinidir və hazırda Yevlaxda yaşayır.

Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşən Vasif Nəbiyev minaya düşüb. 8 saat sonra xilas edilən Vasif hərbi hospitala gətirilib. Burada onun sağ ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

“Mən qəzaya düşməmişəm, yıxılmamışam, ayağımı qırmamışam. Vətən uğrunda döyüşmüşəm, ayağımı itirmişəm. Borcumuzdur. Amma bizim haqqımız olan 3-cü qrup əlillik deyil, 2-ci qrupdur”, - deyə V.Nəbiyev bildirib.

Onun sözlərinə görə, 3-cü qrup əlillik təyin olunacağı halda isə, hərbi xidmətdəki maaşının cəmi 55%-ni alacaq.

Qeyd edək ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı yeni meyarlar hazırlanıb. Xüsusən, beynəlxalq təcrübə əsas götürülüb. Layihədə vətəndaşların əlliliyi artıq ənənəvi üç dərəcə ilə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi və bundan irəli gələrək insanın həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması dərəcəsi ilə qiymətləndiriləcək.

Xatırladaq ki, bir ayağını itirmiş Vasif Nəbiyevin bazarda işləməsi ilə bağlı bir neçə gün əvvəl sosial şəbəkələrdə foto paylaşılmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.