Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Deputat: Mənə deyirlər, sənin “başını əkəcəklər”

Deputat: Mənə deyirlər, sənin “başını əkəcəklər”

Deputat: Mənə deyirlər, sənin “başını əkəcəklər”
2021-02-21 , 19:05

Mənə deyirlər, xarici şirkətlər sənin “başını əkəcəklər”. Kobud ifadəyə görə üzr istəyirəm...”

 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.
 
“Azərbaycanın neftindən, qazından faydalanan beynəlxalq şirkətlər var, sərbəst şəkildə fəaliyyət göstərirlər. Onların vergi siyasəti kimə bəllidir? Milli Məclisdə Baş Nazir Əli Əsədova, Maliyyə naziri Samir Şərifova müraciət edərək şəffaflıq tələb etdim. Deputat kimi bilmək istəyirəm. Bu məsələni iki il əvvəl də qaldırmışam. Desinlər, görək bizə nə qədər vergi verirlər? Necə olur, heç nəyi olmayan insandan vergi tələb edirik, bu boyda şirkətlərdən tələb etmirik?! Bir neçə il öncə, ölkə Prezidentinin BP şirkəti ilə danışıqlarını xatırlayırsınız. Ortada 8 milyard dollarlıq məsələ vardı. Prezident həmin vaxt hirslənmişdi...” – T.Kərimli qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.