Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Bakıda qadına qarşı zorakılıq edən polislə bağlı DİN-dən AÇIQLAMA-VİDEO

Bakıda qadına qarşı zorakılıq edən polislə bağlı DİN-dən AÇIQLAMA-VİDEO

Bakıda qadına qarşı zorakılıq edən polislə bağlı DİN-dən AÇIQLAMA-VİDEO
2021-02-15 , 12:31

Daxili İşlər Nazirliyi Bakıda bərbərxanada qadına qarşı zorakılıq edən polis əməkdaşı ilə bağlı məsələni araşdırır.

Bu barədə DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

***   11:33
Sosial şəbəkələrdə polis tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.
İddialara görə, hadisə “Öz Bərbərim” adlı bərbərxanada baş verib. Belə ki, görüntülərdən də aydın olduğu kimi mağazadan çıxmaq istəyən qadını polis qolunan tutaraq kənara itələyir. Daha sonra isə onlar arasında mübahisə başlayır. 
Sözügedən görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.