Anar Cəbrayıllı ona zəng edən jurnalisti təhqir etdi: “Ay sənin kişiliyinə tüpürüm..." - ŞOK VİDEO

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) mətbuat katibi Anar Cəbrayıllı ona zəng edən jurnalisti ağır sözlərlə təhqir edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə səs yazısı yayılıb. Su axıntısı ilə bağlı mətbuat katibinə zəng edən jurnalist gözlənilmədən ağır təhqirə məruz qalıb.
Anar Cəbrayıllı: “Ay sənin kişiliyinə tüpürüm, sənin üzünə tüpürüm, sizin kimi jurnalistləri “dama soxmaq” lazımdır. Siz nə qədər həyasız-abırsız adamlarsınız, hər şeydən ötrü Qorxmaz müəllimi niyə narahat edirsiniz” cümlələri ilə ona zəbg edən jurnalisti hədələyib.
Səs yazısı ilə bağlı A.Cəbrayıllı mövqeyini bildirib: "Dostlar, məlum səs yazısı ilə bağlı həqiqəti deyim bilin. Bu danışıq təxminən 3 ay əvvəl reket jurnalist Rafaellə mənim aramda olub. Reket jurnalist 4-5 ay əvvəl mədəsinin, bağırsağının endoskopiya və kolonoskopiya şəkillərini çəkib atıb rəhbərliyə, yardım istəyib. Dəfələrlə rəhbərliyə və mənə zəng edib, votsapda yazıb. Sözün əsl mənasında bezdirib, zəhləmizi töküb. İstəyi alınmayanda qərəzə keçib, istirahət günü rəhbərliyə zəng edib. Sonra zəng edib, mənimlə uzun-uzadı danışıb və məni hövsələdən çıxarıb. Sonra məni şantaj etməyə başladı ki, səs yazısını yayacam, gəl görüşək mən isə birmənalı onu rədd etdim. 3 aydan sonra səs yazısını yaydı. Azərbaycan nəşriyyatında hamının yaxşı tanıdığı rafaelin həyat yolu belədir, şantaj, dələduzluq, yolçuluq və dilənçilik etmək. Onun da məndə səs yazıları var (özü göndərib), yalvarışlı mesajları var. Amma mənim onları və onun haqqında bildiklərimi yaymaq fikrim yoxdur."