Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI+VİDEO

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb.
– Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt.
– Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi.
– Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran.
– Həmçinin, Abşeron ərazisində təndirxanalar.
Bunlardan biri ən azı bir milyon manata başa gəlmiş 3 mərtəbəli “Zümrüd” uşaq bağçasıdır. Buna 3 milyon xərcləməyə dəyər. Çünki, “Zümrüd” xanım icra başçısının anasının adıdır. Ona görədə, obyektə rəhbərliyi onun qızı Vüsalə Gülməmmədova edir.
Bu arada Xanım başçının “Varovski”də tikdirdiyi baxçanın sirrləri üzə çıxıb. Beləki, “Varovski”nin kontingenti əsasən imkanlı ailələrdir və “Zümrüd” uşaq baxçası Abşeronun kasıb camaatı üçün çox bahalıdır deyə mənbə iddia edib.
Belə ki, İ.Gülməmmədovanın qızı Vüsalə Gülməmmədova elə Abşeron rayonunda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir. 2 dekabr 2016-cı ildə fəaliyyətə başlayıb. Vergilər Nazirliyinin reyestrində isə “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1004597731) 2017-ci ildə qeydiyyata düşüb. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.

Xanım icra başçısını daha yaxından tanıyaq!
1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova, 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq işləyib. Onun ailə qurduğu Gülməmmədov Yolçu Katamazya oğlu da həkimdir və Balakən rayonunda birgə işləyiblər.
İ.Gülməmmədova 1995-2006-cı illərdə Abşeron rayonunda yerləşən uşaq poliklinikasına baş həkim təyin olunub. 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ilin sentyabrından prezident İlham Əliyev tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 1998-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür. Sələfi hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcovdur. Məhz onun dövründə vəzifəyə təyin olunub və müavini olaraq fəaliyyət göstərib.
İcra başçısının həyat yoldaşının şirkəti:
Y.Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000296151). Müəssisənin qanuni təmsilçisi reyestr məlumatlarında Gülməmmədov Yolçu Katamazya oğlu göstərilib. Nizamnamə kapitalı 10 manat olan müəssisə 2004-cü ildə qeydiyyata alınıb. Bu, Y.Gülməmmədovun yeganə müəssisəsi deyil.
“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Hansı ki, onların bəzisi bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən qiyməti süni şəkildə qaldırılmış qoruyucu maska satdığı üçün cərimələnib. “İmpuls-M.V.”-lə eyni ünvanda daha bir müəssisə yerləşir – “İRS Mobil” MMC (VÖEN: 1000588131) . Müəssisənin qanuni təmsilçisi Quliyev Rövşən Akif oğlu, təsisçisi isə Quliyev Akif Hümmət oğludur.
İcra başçısının qardaşına və atasına məxsus şirkətlər:
Eyni ünvanda bir neçə törəmə şirkət:
E.Umayevanın adına daha bir MMC “Vimay-Med” (Af-Gen) Klinikasında da rast gəlmək mümkündür. “Vimay” 2004-cü ildə, “Vimay-Med” isə 2014-cü ildə təsis olunub. E.Umayeva son seçkilərə qədər Abşeron rayonunda Görədil bələdiyyə sədrinin müavini olub. O, budəfəki bələdiyyə seçkisində namizədlər arasında olsa da, seçilməyib.
Binəqədi rayonu, M.Davudoğlu 12a ünvanında fəaliyyət göstərən “Vimay-Med” klinikası müxtəlif tədbirlər də həyata keçirir. Onuda qeyd edək ki, xanım icra başçının əsas biznesi rəhbərlik etdiyi Abşeron rayonunda deyil, Binəqədi rayonunun ərazisində yerləşir.

E.Umayevanın adına daha bir müəssisə qeydiyyatdan keçirilib. Bu, “Repose Travel” (VÖEN: 3102670111) adlı turizm şirkətidir. 2018-ci ildə yaradılan müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Abşeron rayonu, Görədil, İ.Yusifov, ev 4-dür
İradə Gülmmədovanın qeydiyyatda olduğu ünvanda daha üç müəssisə qeydiyyatdan keçib – “Nabat” firması (VÖEN: 3101168861), “Herbimed” MMC (vöen: 1001399851) və “Afgen” MMC (vöen: 1002041591).
“Nabat” firması yanvarın 18-i 1997-ci ildə təsis olunub. Qanuni təmsilçisi Quliyev Rizvan Akif oğludur. Nizamnamə kapitalı göstərilməyib. Müəssisənin adaşı olan Nabat adına İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin ailə üzvləri arasında rast gəlinir. İbrahimova Nabat Rövşən qızı (1993-cü il təvəllüdlü) eyni zamanda M.Davudoğlu 34 ünvanına qeydiyyatdadır. O, hazırda Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində işləyir. Qərb Universitetinin regionşünaslıq fakültəsini bitirən N.İbrahimova mərkəzdə elmi işçi işləyir.
“Vimay”ın keçmiş adı “Nabat Klinikası” olub. Həmin ad “Google” xəritədə də eynilə qeyd olunub, eləcə də ünvan göstərən səhifələrdə. “Nabat Klinikası” ilə oxşar xidmətləri göstərən “Nabat Med” Klinikası isə Rusiyada qeydiyyatdan keçib. Təsisçisi və direktoru Abbasov Mehman Rafiq oğludur. “Nabat Med” “Mirpromtorq” MMC-nin nəzdindədir.
Təsisçilər arasında Türkiyə vətəndaşları da var
“Herbimed” MMC 2008-ci ildə təsis olunub. Onun qanuni təmsilçisi və təsisçisi də Y.Gülməmmədov olub. Hazırda vergi reyestrində qanuni təmsilçi Nəcəfov Azər Bayram oğludur. A.Nəcəfovla Y.Gülməmmədov sosial şəbəkədə də dostdurlar. A.Nəcəfovun da adına hazırda “Herbimed”lə yanaşı daha bir müəssisə “Atash-farm” MMC (VÖEN: 3101185981) qeydiyyatdan keçirilib. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər ev 5, mənzil 1-dir. Bu ünvanda da daha bir müəssisə qeydiyyata alınıb – “Harunfarm” MMC (VÖEN: 3101168861). Harun həm də icra başçısının oğul nəvəsinin adıdır. Hər iki müəssisə 2013-cü ildə qeydiyyata alınıb. “Harunfarm”ın keçmiş qanuni təmsilçisi Əliyev Taleh İsaxan oğlu, hazırkı qanuni təmsilçi Bəxtiyarov Babək Fərman oğludur. Müəssisələrin fəaliyyətinin genişliyini Taleh Əliyevin də timsalında görürük. Belə ki, onun adına daha bir müəssisə rəsmiləşdirilib – “Bioflora-M.V.” (VÖEN: 1701630621) MMC-dir. Nizamnamə kapitalı 20 manat olan müəssisənin ünvanı, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 25, mənzil 1-dir.
İcra başçısının həyat yoldaşı 1996-cı ildə daha bir müəssisə qeydiyyatdan keçirib – “Enerqorenovasiya” MMC. Müəssisənin hüquqi ünvanı Xızı rayonu, Xızı şəhəridir.
Səhiyyə Nazirliyinin özəl müəssisələr və onların fəaliyyəti haqda olan sənədində adı keçən “Afgen” klinikası əsasən 2011-ci ilin avqust ayından fəaliyyət göstərir. Klinika 2012-ci ildən Bioloji Təbabət Klinikasının binasında fəaliyyətini davam etdirir. “Afgen” Klinikasında gen xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Bioloji Təbabət Klinikasında isə əsasən reabilitasiya və fizioterapiya, osteopatiya, xroniki yaraların sağaldılması, kosmetologiya və digər xidmətlər göstərilir. Bu müəssisədə müalicə olunan pasiyentlərə lazım olan dərmanları da elə klinikaya bağlı fəaliyyət göstərən “Planeta” apteklər şəbəkəsi (VÖEN: 1400172851) satır. Bu apteklər ölkədə 7 ünvanda fəaliyyət göstərir. Əslində matryoşka kimi bir-birinin içindən çıxan bu müəssisələrin domein adresləri də bir-birinə bağlıdı. Bioloji Təbabət Klinikasının ölkədə üç yerdə Sumqayıtda, Göyçayda və Masallıda, xaricdə isə Türkiyədə filialı var.

2008-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 10 manatdır. Klinikanın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30, mənzil 48-dir. E.Yaqubovun qanuni nümayəndə olduğu daha bir müəssisə də “Planeta” İstehsal-Kommersiya Şirkətidir (VÖEN: 1400172851). 1997-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Nəsimi rayonu, Cavadxan 24-dür.
E.Yaqubovun adına rəsmiləşən hazırda isə ləğvetmə prosesində olan daha bir müəssisə isə “Bioloji Tənzimləyici Təbabət Mərkəzi”dir (VÖEN: 1402836811). Nizamnamə kapitalı 10 manat olan müəssisə 2014-cü ildə təsis olunub…
Bildirək ki, bu xanım icra başçısının tam əmlak siyahısı deyil. Növbəti yazı araşdırmalardan sonra…Bizi izləyin!