Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » “Hərbçilərimiz şəhərdaxili avtobuslardan pulsuz istifadə etməlidir”- Millət vəkilindən təklif...

“Hərbçilərimiz şəhərdaxili avtobuslardan pulsuz istifadə etməlidir”- Millət vəkilindən təklif...

“Hərbçilərimiz şəhərdaxili avtobuslardan pulsuz istifadə etməlidir”- Millət vəkilindən təklif...
2021-01-16 , 16:19

“İndi həqiqətən də bəzən hərbi formadan sui-istifadə olunur. Amma məsələnin bir tərəfi var ki, Sovet hökumətində hərbi formanın rütbəsini və etiketlərini çıxarıb adi paltar kimi geyinə bilərdin”


Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. Millət vəkili hər kəsin bu qanuna riayət etməsinin vacibliyini vurğulayıb:

“Ümumiyyətlə, Sovet hökumətində də ordudan tərxis olunan adamların hərbi formanı geyinməsi qadağan idi. Yalnız polkovniklər və generallar tərxis olunandan sonra müəyyən tədbirlərdə hərbi formalarını geyinmək hüququna malik idilər. İndi həqiqətən də bəzən hərbi formadan sui-istifadə olunur. Amma məsələnin bir tərəfi var ki, Sovet hökumətində hərbi formanın rütbəsini və etiketlərini çıxarıb adi paltar kimi geyinə bilərdin. Mən bir şeyi başa düşmədim ki, Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, sənət adamları hərbi forma geyinmək üçün müraciət edib icazə ala bilər. Başa düşmədim, sənət adamı göydən düşüb?”.

Millət vəkili hərbçilərimizin şəhərdaxili avtobuslardan pulsuz istifadə etməsini təklif edib:

“Mən təklif edərdim ki, Müdafiə Nazirliyi hökumətdən hərbçilərin şəhərdaxili avtobuslardan pulsuz istifadə edilməsini tələb etsin və bunun üstündə dursun. Necə ki, Sovet vaxtı bu var idi, o hərbçidir, niyə pul verməlidir ki? Mən çox istəyərdim ki, Müdafiə Nazirliyi bu məsələyə çox ciddi yanaşsın. Hərbçilərimiz mütləq nəqliyyatdan pulsuz istifadə etməlidirlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.