Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Bakının mərkəzi insan qaynayır - VİDEO

Bakının mərkəzi insan qaynayır - VİDEO

Bakının mərkəzi insan qaynayır - VİDEO
2021-01-03 , 10:01

Sərtləşdirilmiş karantin rejmi tətbiq olunsa da, ötən gün axşam saatlarında paytaxtın mərkəzi sayılan Nizami küçəsində insan sıxlığı yaranıb.


Xüsusilə sıxlıq virusun tüğyan etdiyi bu ərəfələrdə gözləniləndən artıq olub. Kimisi iş icazəsi ilə, kimisi isə sms icazədən istifadə edib şəhərə çıxıblar. Lakin nəzərə almaq lazımdır ki, sərtləşdirilmiş karantin rejimin məqsədlərindən biri də məhz sıxlığın qarşısının aınmasıdır. Çünki virusun yalma səbəblərinin başında elə insanların sıx toplaşması dayanır.
Ötən gün axşam saatlarında şəhərin mərkəzində əməlli-başlı insan sıxlığı yaşanıb. Valideynlər övladları ilə, gənclər isə dostları və yaxınları ilə gəzintiyə çıxıblar
Sıxlıq o qədər çox olub ki, hətta bəzi hallarda ara məsafəsi də pozulub.
Bayram istirahətindən istifadə edib gəzintiyə çıxanlar ya sms icazə alanlar idi, ya da iş icazəsi olanlar. Qeyri iş günü olmasına baxmayaraq, iş icazəsindən istifadə edib gəzənlər isə polislər tərəfindən müəyyən edildi və protokol yazıldı.
Sərtləşdirilmiş karantin rejmi olduğundan iaşə müəssisələri ancaq onlayn xidmət göstərirdilər. Bu isə bəzi hallarda belə obyektlərin qarşısında da sıxlığa səbəb olurdu
Nəzərə almaq lazımdır ki, sərtləşdirilmiş karantin rejimin məqsədlərindən biri də məhz sıxlığın qarşısının alınmasıdır. Çünki virusun yalma səbəblərinin başında elə insanların sıx toplaşması dayanır. //Xəzər.tv

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.