Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
2021-01-02 , 10:11

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür.

 
P.Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Orta təhsilini Sumqayıt şəhərində alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

 
2003-cü ildə mayor rütbəsində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə polkovnik-leytenant rütbəsində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.
 
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman fəxri adı verilib.
 
Allah rəhmət eləsin.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.