Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Şahbaz Quliyev evində belə qarşılandı - VİDEO

Şahbaz Quliyev evində belə qarşılandı - VİDEO

Şahbaz Quliyev evində belə qarşılandı - VİDEO
2020-12-31 , 12:30

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizdən olan Şahbaz Quliyev müalicə aldığı xəstəxanadan evə buraxılıb. Şahbaz Quliyev ümumi vəziyyəti və girovluqda saxlanılan zaman başına gələn hadisələri ''Xəzər Xəbər''ə danışıb. Şahbazı qarşılayanlar arasında onun 6 ildən çox erməni girovluğunda saxlanılmasından xəbərsiz olan anası da olub. Duyğulu anlar yaşanıb. Sözlə ifadə etmək asan deyil.

 
6 il qanunsuz olaraq erməni girovluğunda sağlanılan Şahbaz Quliyev müalicə aldığı xəstəxanadan evə buraxıldı.
 
Ailə üzvləri və qohumları ilə yanaşı Şahbazı qarşılayanlar arasında onun girovluğda saxlanılmasından xəbərsiz olan anası Sənəm Quliyeva da olub.Şahbazın anası ilə görüşməsi isə duyğulu anlar yaşadıb.
 
Müalicə aldığı xəstəxanadan evə gələn Şahbaz Quliyev ümumilikdə vəziyyəti bağlı danışıb.
 
Şahbazın sözlərinə görə 6 il erməni girovluğunda saxlanılan zaman ona işgəncələr verilib.Ancaq O, buna baxmayaraq bir gün sağ-salamat vətənə qayıdacaqları günü gözləyib.
 
Şahbaz Quliyev deyir ki, Azərbaycan ordusu işğal altında olan ərazilərin bir-bir azad edilməsi xəbərlərini Prezident İlham Əliyevin çıxışlarından eşidən zaman sevinclərinin həddi-hüdudu olmayıb. Bu xəbərlər hər dəfə gəldikdə ermənilərin olmayan simasının necə dəyişildiyini hiss edirdim.
 
Ordumuzun Şuşa istiqamətinə yaxınlaşdığını görən düşmən hərbiçiləri Şuşa həbsxanasında saxlanılan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu tez həmin həbsaxanadan başqa bir istiqamətə köçürməyə başlayıblar.Şahbaz o günü bu cür xatırlayır.
 
Şahbaz Quliyev döyüşlər gedən zaman Ermənistanın yüksək rütbəli zabitlərinin Şuşa həbsxanasında necə gizləndiklərinin şahidi də olub.
 
Qeyd edək ki,Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətirilmişdilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.