Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Vilyam Hacıyevə bayraq ittihamı: "Belinizdəki kəməri satsanız..." - FOTO

Vilyam Hacıyevə bayraq ittihamı: "Belinizdəki kəməri satsanız..." - FOTO

Vilyam Hacıyevə bayraq ittihamı: "Belinizdəki kəməri satsanız..." - FOTO
2020-01-27 , 11:26

İmişli rayon İcra Hakimiyyətinin yaxınlığında, rayon dəmiryolu vağzalının qarşısındakı bayraq dirəyi 1 ildən çoxdur ki, boş qalıb.

AFN xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Rayonun icra başçısı Vilyam Hacıyevi ittiham edən İmişli sakinləri ondan bayrağı yerinə asdırmağı tələb edirlər: "Vilyam Hacıyev belinə taxdığı kəmərini satsa, yüzlərlə bayraq alar. Bayraq cırılır deyə tədbirdən-tədbirə asırlar. Bayraq dirəyi varsa başında bayraq yellənməlidir. Biz o bayrağı yerinə asdırmamış əl çəkməyəcəyik!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.