Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Seçici görüşə gələn deputatı biabır etdi

Seçici görüşə gələn deputatı biabır etdi

Seçici görüşə gələn deputatı biabır etdi
2020-01-26 , 15:15

Yeni Azərbaycan Partiyası Suraxanı 1-ci seçki dairəsindən Milli Məclisin deputatlığına yenə də Sevinc Fətəliyevanın namizədliyini irəli sürüb. Bu şəxs artıq 2 dəfə deputat olub və seçicisinin görüşdə dediyi kimi, heç kimin problemini həll etməyə çalışmayıb. Ötən ilin dekabrında özünü buraxmağı ölkə rəhbərindən xahiş edən Fətəliyeva "atalar üçdən deyib" prinsipi ilə üçüncü dəfə namizəd olub. Zığ sakinləri ilə görüşdə seçicilərdən biri bütün bunları onun üzünə deyib.

Sevinc Fətəliyeva

Xanım seçici, xanım namizədin Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü olmasını nəzərdə tutaraq deyir:

"Məni Avropada kim tanıyır?!"

Seçici deputatın gedib Avropada danışmadını deyil, onun dərdlərini yuxarı instansiyalara danışmasını tələb edir. Dəfələrlə məktub tazdığını, ancaq Sevinc Fətəliyevadan səs çıxmadığını söyləyir. Seçici həmçinin YAP namizədinin saxtakarlığa artıq başladığını, Zığlılarla görüşə Hövsanın məktəblərindən, xəstəxanalarından, poliklinikalarından adamlar gətirdiyini də onun üzünə vurur.

Bizimyol.info Azad Həsənov adlı siyasi fəalın feysbuk hesabında paylaşdığı videonu təqdim edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.