Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » “Bu, şəhidlərin ruhuna xəyanət, tərbiyəsizlik, səviyyəsizlikdir”

“Bu, şəhidlərin ruhuna xəyanət, tərbiyəsizlik, səviyyəsizlikdir”

“Bu, şəhidlərin ruhuna xəyanət, tərbiyəsizlik, səviyyəsizlikdir”
2020-12-05 , 11:54

Millət vəkili, politoloq Rasim Musabəyovun sülhməramlılarla bağlı  Rusiyanın “NTV” kanalına verdiyi müsahibə cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki Musabəyov açıqlamasında Türkiyə Ordusunun Qarabağa gəlməsinə etiraz edib. Bunun regiondakı təhlükəsizliyə zərər verə biləcəyini deyib.

Məsələyə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Rasim Musabəyov bu çıxışı ilə öz düşmən münasibətini və bu xalqdan olmadığını göstərib:
“Bütövlükdə bu məsələdə Azərbaycan dövlətçiliyinin, o cümlədən İlham Əliyevin bir nömrəli əleyhidarı olduğunu nümayiş etdirib. Amma həm də ola bilsin ki, daha böyük havadarı var deyə, ona arxalanır və Stepan Şaumyanın təyin elədiyi Bakı komendantı olan babasının xarakterinə uyğun hərəkət edərək onun nəvəsi olduğunu xatırlatmaq istəyir. 


Bu, satqın mövqedir, amma özbaşına deyil, şübhəsiz ki, onu danışdıranlar var. Yəqin ki, mandat verdirənlər onun belə əcayib səslər çıxarmasına şərait yaradırlar”. Həmsöhbətimiz Rasim Musabəyovun bu açıqlamaya görə cəzalandırılmalı olduğunu vurğulayıb: “İlham Əliyev sayın Rəcəb Tayyib Ərdoğanın dostu, qardaşı olduğunu, Türkiyənin bizə həm mənəvi, həm siyasi, həm də diplomatik dəstək göstərdiyini deyir. Bu adam isə həmin mövqeyə dil uzadır. Çünki sırf anti-milli mövqedən çıxış edir. Belə bir ehtimal da var ki, o, beşinci kolonun nümayəndəsi kimi çıxış edir və yaxud da ona elə belə danışmaq lazım olduğunu deyiblər. Amma birmənalı şəkildə atılan bu addım şəhidlərin ruhuna xəyanət, Türkiyəyə və türklüyə qarşı olan münasibətdir. Yəni gerizəkalılıq, tərbiyəsizlik, səviyyəsizlik və bütövlükdə tarixi saxtalaşdırmaqdır. Ortada böyük bir qanmazlıq var. Adam 44 günlük müharibədə əldə olunan qələbəyə də dil uzadır. Dost da, düşmən də bilir ki, bu qələbə Türkiyənin mənəvi, siyasi, diplomatik dəstəyi ilə qazanılıb. Seçicilər - əgər onu, həqiqətən də, səsvermədə seçənlər varsa - buna reaksiya göstərməlidir. Bu son yaramaz seçkidə onu seçənlər öz seçimlərinin nəticəsinə - Rasimin çıxışına münasibət bildirməli, onu geri çağırıb yerində oturtmalıdır. Bu tərbiyəsizliyə tez zamanda son qoyulmalıdır. Bildirim ki, mən sizə və sizin oxucularınıza hörmət edərək kəskin ifadələr işlətmədim”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.