Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » "Yaxşı olar ki, Rasim Musabəyov...” - Zərdüşt Əlizadədən deputatın səs-küylü müsahibəsinə CAVAB

"Yaxşı olar ki, Rasim Musabəyov...” - Zərdüşt Əlizadədən deputatın səs-küylü müsahibəsinə CAVAB

"Yaxşı olar ki, Rasim Musabəyov...” - Zərdüşt Əlizadədən deputatın səs-küylü müsahibəsinə CAVAB
2020-12-04 , 13:54

"Rasim Musabəyov öz fikrini şərh edib, əsaslandırsa yaxşı olar. Türk ordusunun Qarabağda olmasında heçbir problem görmürəm".


Bunu Sfera.az-a politoloq Zərdüşt Əlizadə deputat Rasim Musabəyovun Rusiyanın NTV kanalında səsləndirdiyi fikirlər barədə danışarkən deyib:

"Türk hərbçilərinin Qarabağda yerləşdirilmsəi təbiidir və burada regional problem görmürəm. Rus sülhməramlıları ermənilər yaşayan ərazidə yerləşir, Azərbaycan onların təchizatına yardım göstərir. Eyni zamanada Azərbaycan Türkiyə ilə saziş imzalayaraq, türk əsgərlərinin Qarabağda yerləşdirilməsini təmin edə bilər".

 
Politoloq Qarabağda olan türk ordusunun rus sülhməramlılarının əsassız iddialarını zərərsizləşdirəcəyini deyib:

"Türk ordususunun Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl və Ağdamda yerləşməsinə nə hüquqi, nə siyasi, nə də maddi baxımdan problem var. Əksinə, onu deyim ki, türk ordusunun Qarabağda olması regional təhlükənin qarşısını ala bilər, nəinki təhlükəyə yol açmaq. Belə ki, türk ordusu rus sülhməramlılarının əsassız iddialarını zərərsizləşdirə bilər".
 
Qeyd edək ki, deputat Rasim Musabəyov Rusiya kanalına müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.