Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Onun qorxusundan düşmən postdan qaçırdı - Şəhid "Mixaylo" - VİDEO

Onun qorxusundan düşmən postdan qaçırdı - Şəhid "Mixaylo" - VİDEO

Onun qorxusundan düşmən postdan qaçırdı - Şəhid "Mixaylo" - VİDEO
2020-12-03 , 08:26

Xidmət yolaşları onu "Mixaylo" kimi tanıyıb sevmişdi.

Xezerxeber.az xəbər verir ki, söhbət ingilis, rus və erməni dillərini bilən kəşfiyyat komandiri Mixayıl Həmidovdan gedir.

Mixayıl Həmidov Füzuli uğrunda gedən döyüşlərdə bir neçə düşmən postunun ələ keçirilməsində xüsusi rol oynayıb.
O qədər qorxmaz olub ki, düşmənlə üz-üzə gəlib, əlbəyaxa döyüşməkdən belə çəkinməyib. Elə bu qorxmazlığına görə düşmən hərbçiləri onun qarşısında davam gətirə bilməyib, öz postlarını qoyaraq qaçıblar.
Hərbçi yoldaşları peşəkar kəşfiyyatçı və cəsarətli döyüşçü olduğu üçün ona "Mixaylo" adı veriblər. O, əsl kəşfiyyatçı olub və bacarıqları sayəsində ordumuzun sürətlə irəliyə doğru getməsinə şərait yaradıb.
Mixayıldan geriyə indi balalarının, ailəsinin yeganə təsəllisi olan şəkil qalıb. O şəkil ki, şəhadətə yüksəlmədən öncə çəkdirmiş və ailəsinə göndərmişdi.

Rahat uyu, igid! Bu xalq Mixayloları unutmaz, qəhrəmanlarını yaddan çıxarmaz!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.