Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Pənahəli xanın sarayı erməni vandalizminə məruz qalıb - VİDEO

Pənahəli xanın sarayı erməni vandalizminə məruz qalıb - VİDEO

Pənahəli xanın sarayı erməni vandalizminə məruz qalıb - VİDEO
2020-12-03 , 08:20

Erməni vandalizmi Azərbaycan mədəniyyətindən də yan keçməyib.

 
Pravda.az-ın məlumatına görə, Ağdamda Azərbaycan memarlıq abidələrinin möhtəşəm incilərindən biri olan Pənahəli xanın yay sarayı da erməni vandalizminə məruz qalıb.
 
Ekspertlər bu tarixi abidənin 18-ci əsrə aid olduğunu deyirlər. Ermənilər işğal dövründə buradan tövlə kimi, ikinci Qarabağ müharibəsinin getdiyi 44 gündə isə sığınacaq kimi istifadə ediblər.
 
Tarixçi Elnur Kəlbizadə ermənilərin tarixə münasibətinin də öz xislətlərinə bənzədiyini deyib. Çünki tarixi mənbələrdə qeyd olunur ki, müxtəlif dövlətlər hər hansı hücuma məruz qaldıqlarında adətən mötəbər və müqəddəs yerlərə ağsaqqalları yerləşdirərlərmiş. Ermənilər isə vandallıq ediblər.
 
Ermənilər Pənahəli xanın sarayından II Qarabağ müharibəsinin getdiyi günlərdə müdafiə istehkamı kimi istifadə etməyə çalışıblar. Bu da məqsədsiz olmayıb. Onlar istəyiblər ki, sarayı Azərbaycan ordusunun hədəfinə çevirsinlər. Ancaq düşmənin məkrli niyyətinə baxmayaraq, abidənin bir qismi artıq bizə gəlib çatıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.