Məmurun kürəkəni karantin qaydalarını pozdu

Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozaraq yas mərasimi təşkil edən şəxslər aşkar olunaraq saxlanılıb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçirilib, Zeynalov Davud və yas mərasimində iştirak edənlər saxlanılaraq polis şöbəsinə gətirilib.
Profilaktik söhbətlər aparıldıqdan sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub.