Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu - VİDEO

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu - VİDEO

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu - VİDEO
2020-12-01 , 15:14

Sosial şəbəkələrdə şəhid generalımız Polad Həşimovun oğlu ilə şəkil çəkdirən şəxsin videosu izləyicilər tərəfindən hiddətlə qarşılanıb.


İnsanlarda narazılıq yaradan əsas səbəb həmin şəxsin şəhid generalımızın oğluna, “Atasının igid oğlu, İnşallah böyüyəndə bu da şəhid olacaq, hə, inşallah” deməsidir. Videodakı şəxsin həmin sözü mənfi mənada deməsini iddia edə bilmərik, ancaq ifadə tərzi son dərəcə yanlışdır. Bəli, şəhidlik uca zirvədir, hər insana nəsib olmur, ancaq bu zirvəni şəhid övladına, atasını itirən yeniyetməyə bu tərzdə demək düşüncəsizlik və özünübilməzlikdir.
Biz videodakı şəxsdən fərqli olaraq şəhid generalımızın oğluna, uzun ömür, can sağlığı, atasının adına layiq övlad olmağı, atasının ruhunu və adını hər zaman uca tutmağı, hərbi sahəni seçərsə, atası kimi Azərbaycan xalqının sevimlisi və dəyərlisi olan general olmağı arzulayırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.