Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Ermənilər Dilqəm və Şahbazı bu həbsxanada saxlayıblar - Video

Ermənilər Dilqəm və Şahbazı bu həbsxanada saxlayıblar - Video

Ermənilər Dilqəm və Şahbazı bu həbsxanada saxlayıblar - Video
2020-11-30 , 15:48

Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin bir müddət öncə saxlanıldığı Şuşa həbsxanasının indiki görüntüsü yayılıb. 


Yenisabah.az xəbər verir ki, hərbçilərimiz həbsxananın son vəziyyətini çəkib paylaşıblar. 
Kadrlardan da göründüyü kimi, həbsxanada saxlanma şəraiti həddindən artıq pis olub. Girovluqda olan soydaşlarımız uzun müddət bu həbsxanada qalıb. 
Xatırladaq ki, Qarabağ döyüşləri ərəfəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən Şuşa həbsxanasından çıxarılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının verdiyi məlumata əsasən, soydaşlarımız Şuşa həbsxanasından çıxarılaraq öncə Gorisə, bir müddət orada saxlandıqdan sonra isə Şiraka aparılıblar.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.