Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » "Bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir" — Aslan İsmayılov

"Bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir" — Aslan İsmayılov

"Bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir" — Aslan İsmayılov
2020-11-26 , 08:45

"Gözlənilən prosesə start verildi. #Fransa senatı Fransa hökumətini qondarma "Dağlıq Qarabağ"ı tanımağa çağıran məsləhət xarakterli qətnaməni qəbul etdi. Ardınca Fransa Xarici İşlər Nazirliyi senatın qərarına münasibətini bildirib və qeyd edib ki, Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir. Hesab edirəm ki, Azərbaycan olaraq böyük təxribatların başlanğıcındayıq və bu, hələ prosesin əvvəlidir".


 
Demokr​​​​at.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, döyüş meydanında məğlub olan düşmən öz himayədarları vasitəsilə var-gücü ilə qətnamələrə girişəcək: “Ona görə başlanğıcdan buna bütün müstəvilərdə sərt reaksiya verməliyik. Hakimiyyət, müxalifət, QHT-lər, ayrı-ayrı fərdlər etirazlarını bildirməlidirlər. Fransa səfirliyinin önündə etirazımızı bildirməliyik. Fransız mallarına, Azərbaycanda fəaliyyət göstərən bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir. Biz bu məsələdə birlikdə etiraz etməsək əminəm ki, bu proses qar topası kimi böyüyə-böyüyə gedəcək və bizə gələcəkdə ciddi problemlər yaşadacaq. Biz bu sərt reaksiyamızla gələcəkdə Fransa kimi qərəzli addım atmaq barədə düşünən dövlətlərə də ciddi mesaj vermiş olacayıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.