Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

Görüntülərdən aydın olur ki, hərbçilərimiz onlara müvafiq qaydada yardım edirlər.
Videogörüntülər Azərbaycan hərbçilərinin döyüş meydanında göstərdiyi yüksək peşəkarlıq, yenilməzliklə yanaşı, insan faktoruna verdiyi yüksək dəyəri, mülki əhaliyə qarşı mərhəmətini ortaya qoyur.
Bu, həm də onu sübut edir ki, ordumuz düşmənə qarşı mübarizədə hərbi hədəflərdən başqa, heç bir mülki infrastrukturu nişan almayıb. Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi apararaq, inamlı qələbə qazanıb.