Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » "Ramiz Mehdiyevin yığdığı pullar və sərvətlər Azərbaycan xalqına qaytarılmalıdır"

"Ramiz Mehdiyevin yığdığı pullar və sərvətlər Azərbaycan xalqına qaytarılmalıdır"

"Ramiz Mehdiyevin yığdığı pullar və sərvətlər Azərbaycan xalqına qaytarılmalıdır"
2020-11-19 , 16:56

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən – Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib. Bu barədə Dövlət İdarəçilik Akademiyasından məlumat verilib. Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.


Bununla bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Ramiz Mehdiyevin işdən çıxarılması azdır, o həbs edilməldir: “Müharibə gedən dövrdə o yenə də əlaltından böyük xəyanətlər etdilər. Onlar 5-ci kolonun üzvləri və müəyyən dairələrlə əlbir olub, Azərbaycanda çaxnaşma yaratmağa çalışdılar. Ona görə də Ramiz Mehdiyevin işdən çıxması azdır, o, həbs edilməlidir. Onun gördüyü işlər və korrupsiya əməllərinin üstü açılmalıdır. Onun yığdığı pullar və sərvətlər Azərbaycan xalqına qaytarılmalıdır. Ramiz Mehdiyevin işdən çıxarılması yetərli deyil. Çünki Ramiz Mehdiyev çöldə qaldıqca iylənir və Azərbaycan dövlətçiliyinə zərər olur. Ona görə də düşünürəm ki, o, həbs edilməlidir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.