Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Ordumuz tərəfindən məhv edilən qondarma “Dağlıq Qarabağ Respublikasının” “müdafiə naziri” Cəlal Arutunyanın vurulduğu avtomobilin görüntüləri yayılıb. Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ilə bə

Ordumuz tərəfindən məhv edilən qondarma “Dağlıq Qarabağ Respublikasının” “müdafiə naziri” Cəlal Arutunyanın vurulduğu avtomobilin görüntüləri yayılıb. Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ilə bə

Ordumuz tərəfindən məhv edilən qondarma “Dağlıq Qarabağ Respublikasının” “müdafiə naziri” Cəlal Arutunyanın vurulduğu avtomobilin görüntüləri yayılıb. Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ilə bə
2020-10-28 , 08:48

"Mənə zəng elədi, xeyli danışdıq. Qayıtdı ki, ata, sabah bəlkə siz tərəfə getdik. Onda oktyabrın 19-u idi. Ayın 21-də gördük telefonda video var, deyir, Şükür, bura Balasoltanlıdır, çayın o tərəfi də Mollabürhandır. Mat-məəttəl qaldım. Dəfələrlə deyiblər ki, heç kimin yerini deməyin. Müdafiə Nazirliyi nəyi elan edirsə, onu bildirmək lazımdır. Oğluma dedim ki, təcili Şükürə zəng elə. Dedilər, bu video artıq hamıda var".

Bu sözləri şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov  "Xəzər" TV-də qonaq olarkən deyib.
Şəhid atası bildirib:
"Ayın 22-də böyük həvəslə televizorda xəbərləri gözləyirdik. Televizorda dedilər ki, bir neçə dəqiqədən sonra sizə şad xəbər verəcəyik. Mən də bütün ailə üzvlərimi ekran başına yığdım. Xəbərlərin başlamasına 5 dəqiqə qalmışdı, gördüm oğlum ağlaya-ağlaya girdi içəri. Ondan sonra xəbərlərə də baxmadıq. Böyük itkidir. Valideyn üçün bu, hər şeydir. Heç bir valideynə qismət olmasın. Xalqımızın hazırkı dövrdəki bu birliyi, bu həmrəyliyi ürəyimi o qədər açır ki... Deyirəm, Allah bunu bizə həmişə bəxş edə. Bu, müharibədir, itki də olacaq. Bu olmasa, düşmənin mundar ayağını torpaqlarımızdan təmizləyə bilmərik".
Nəriman Həmidov Prezident İlham Əliyevin ona zəng etməsindən də söz açıb: "Şükür Həmidovun tabutunu gətirəndə o qədər adam yığışmışdı, bu da adama təsəlli verirdi. Şəhidlər Xiyabanında dəfn zamanı da adam əlindən yer yox idi. Cənab Prezidentin hər dəqiqəsi qızıldı. Amma mənə zəng etdi, başsağlığı verdi, kədərləndiyini bildirdi. Bu, mənə böyük təsəlli verdi. Mənim arzum odur ki, torpaqlarımız son qarışa qədər alınsın. Xankəndidə, Şuşada qələbə bayrağımız dalğalansın, xalqımız qələbəni qeyd etsin". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.