Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Hadrut uğrunda savaşan əsgərimizin ''Mercedes'' arzusu REALLAŞDI - FOTO

Hadrut uğrunda savaşan əsgərimizin ''Mercedes'' arzusu REALLAŞDI - FOTO

Hadrut uğrunda savaşan əsgərimizin ''Mercedes'' arzusu REALLAŞDI - FOTO
2020-10-24 , 13:40

Hadrut yollarında "Saxla o Mercedesi götürüm, o mənim xəyalım olub həmişə" deyən hərbçimizə eyni markalı avtomobil hədiyyə olunub.

Metbu​​​​at.az xəbər verir ki, azərbaycanlı iş adamı Fərid Novruzi tərəfindən iki qapılı Mersedes markalı avtomobil alınaraq əskərimizin arzusu geçəkləşdirilib.
Bu barədə iş adamı şəxsi ''Facebook'' səhifəsində məlumat verib.
''Əziz dostlar, Sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş b[lgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!

Fərid Növruzi qeyd edib ki, maşının nömrəsi də Xocavənd rayonunun avtomobil seriyasındadır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.