Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Azərbaycanda dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldıldı

Azərbaycanda dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldıldı

Azərbaycanda dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldıldı
2020-10-19 , 07:30

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi bu gündən 30 faizədək azaldılıb, digər əməkdaşlar isə məsafədən iş rejiminə keçirilib.

 
Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
 
Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
 
Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.