Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » "Bu şəkil hamımızın ürəyini dağlamağa yetər" Türkiyə MN

"Bu şəkil hamımızın ürəyini dağlamağa yetər" Türkiyə MN

"Bu şəkil hamımızın ürəyini dağlamağa yetər" Türkiyə MN
2020-10-18 , 08:28

"Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib".

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında yazılıb.

"Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa yetərdir", - vurğulanıb.

Bir başqa paylaşımda Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkilləri dərc olunaraq qeyd olunub:

"Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.