Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Sumqayıtda fahişəxanada polis reydi - VİDEO

Sumqayıtda fahişəxanada polis reydi - VİDEO

Sumqayıtda fahişəxanada polis reydi - VİDEO
2020-09-25 , 12:17

Sumqayıtda yerləşən kafelərdən birində karantin qaydaları pozulduğu üçün polis tərəfindən əməliyyat keçirilib.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Hadisə şahidləri bildiriblər ki, reyd zamanı kafedə intim xidmətlər göstərən qızlar da aşkarlanıb və saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə kafedə polis tərəfindən reyd keçirildiyi təsdiqlənib. 
“Saat 12-dən sonra fəaliyyət göstərdiyi üçün karantin qaydalarının pozulması barədə məlumat daxil olub. Reyd keçirilib.
Reyd zamanı müştərilər və kafe sahibi barəsində inzibati protokol tərtib edilib”, - nazirliyin məlumatında bildirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.