Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » “Kəmalə Ağazadə məni məcbur etdi ki, dayıma şər atım” - VİDEO

“Kəmalə Ağazadə məni məcbur etdi ki, dayıma şər atım” - VİDEO

“Kəmalə Ağazadə məni məcbur etdi ki, dayıma şər atım” - VİDEO
2020-09-23 , 15:10

“Space” TV-də yayımlanan “Gəl dərdini danış” verilişində “Azərbaycan Uşaq Birliyi”nin sədri Kəmalə Ağazadə haqqında şok ittihamlar səsləndirilib.

Unikal.org xəbər verir ki, verilişə videomüraciət edən Ləman S. adlı qız dayısına şər atdığını və Kəmalə Ağazadənin ona bu addımdan geri dönməyə imkan vermədiyini bildirib:
“Evdəkilər məni sığınacağa aparıb qoydular. Mən də onlardan qisas almaq üçün dayıma şər atdım. Sonra peşman oldum. Nə qədər cəhd elədim ki, yalan danışdığımı polislərə və hakimlərə deyim, amma Kəmalə Ağazadə buna imkan vermədi. Məhkəmədə istədim ki, qalxıb “yalan danışmışam” deyim. Kəmalə Ağazadə əlimdən sıxdı, imkan vermədi ki, sözümü deyim. Dayım əbəs yerə həbsxanada yatır”.
Teleaparıcı Amil Xəlil adı çəkilən qızın xalasını da danışdırıb. Xala da öz növbəsində bacısı qızının bu addımının yalan olduğunu qeyd edib.
Ardından Kəmalə Ağazadə birbaşa efirdə vəkilin ona qarşı ittihamlarına da aydınlıq gətirib:
“Mənim nə marağım ola bilər ki, belə bir şey edim? Kəmalə hakim deyil ki, qərar versin. Bu uşaq 2 il bizim yanımızda qaldığı müddətdə dəfələrlə onunla söhbət aparılıb.  Bunu mən yox, məhkəmə tibbi ekspertizası keçirib. Uşağın anlaqlı olduğu deyilib. Bu uşaq dönə-dönə qohumlarına da demişdi dayım mənə qarşı belə hərəkətlər edir.  Necə olur ki, xala da nənə də təsdiqləyir ki, belə bir şey olub. Sonra isə deyirlər ki, bizə təzyiq oldu. Bu ağır bir cinayətdir”.
Qeyd edək ki, Sözügedən ittihamlarla əlaqədar məhkəmə Ləmanın dayısının 12 il azadlıqdan məhrum edilməsinə qərar verib.Ləman iki il əvvəl sığınacağa aparıldığını və qisas məqsədi ilə dayısına şər atdığını bildirib. İstəyi dayısının azadlığa çıxmasıdır. Bütün ittihamlar isə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadəyə ünvanlanıb.
 





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.