Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi - ƏMR

Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi - ƏMR

Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi - ƏMR
2020-01-15 , 18:17

Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.


BakuPost xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Priyev gətirilib.


BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Priyev icra edirdi.

Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Rəşad Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.