Yenilik.Az
www.Aydinliq.Az » Cəmiyyət » Pandemiya dövrü yeni tədris ilinə necə hazırlaşmalı? – ANAR QASIMLI YAZIR

Pandemiya dövrü yeni tədris ilinə necə hazırlaşmalı? – ANAR QASIMLI YAZIR

Pandemiya dövrü yeni tədris ilinə necə hazırlaşmalı? – ANAR QASIMLI YAZIR
2020-08-11 , 23:49

Tanınmış vəkil Anar Qasımlı pandemiya dövründə təhsilin təmin edilməsi ilə bağlı təkliflərlə çıxış edib. 

Təhsil eksperti deyiləm, hər zaman özümü hərşeyşünas olmaqdan və ya belə görünməkdən qoruyuram, adətən bələd olduğum mövzularda danışmağa üstünlük verirəm. Amma elə mövzular da var ki, onlar barədə danışmamaq olmur. Belə mövzulardan biri də təhsildir. Beşikdən qəbir evinədək öyrənməyi hədəf seçən hüquqşünas və valideyn olaraq, koronavirus pandemiyası dövründə təhsilimizin durumu hər kəs kimi məni də ciddi narahat edir. İndi təhsilimiz “to be or not to be” dilemması qarşısındadır: məktəblər açılsınmı, açılmasınmı? Söhbət orta məktəblərdən gedir, orta-ixtisas və ali məktəblərimiz barədə qismət olarsa, ayrıca danışarıq.
Düşünürəm ki, koronavirusun ayaq açıb yürüməyə başladığı dönəmdə məktəblərin bağlanması vaxtında verilmiş düzgün qərar idi. Dərslərin virtual qaydada davam etdirilməsi gözəl təşəbbüs olsa da, özünü doğrultmadı. Ən müəkəmməl şəkildə təşkil edilərsə, ən yüksək texniki imkanlardan istifadə olunarsa belə, birtual təhsilin özünü tam doğrultması mümkün deyildi. Çünki, məktəb virtual ola bilməz, məktəb real olmalıdır. Şagirdlər virtual məkanda deyil, real sosial mühitdə böyüməlidirlər. Zatən nəinki övladlarımızın, özümüzün, hətta, valideynlərimizin və nənə-babalarımızın həyatı da elektronlaşıb, virtuallaşıbdır.
Məktəblər açılmalıdır. Buna alternativ ola bilməz. Təhsilimizi pandemiya şərtlərinə uyğunlaşdırmalı, davam etdirməliyik. Dezinfeksiya, qoruyucu vasitələr, sosial məsafə kimi gündəlik yaşam normamıza çevrilmiş anti-pandemiya tədbirlərinə məktəblərimizdə daha ciddi riayət olunmaqla yeni yarı real, yarı virtual təhsil ilinə başlamalıyıq. “malı”, “məli: şəkilçilərilə düzələn feilin vacib formasında danışmaqdan asan heç nə yoxdur. İndi əsas məsələ “necə?”, “nə cür?” suallarına cavab tapmaqdır.
Mənim yarısı real, yarısı virtual təkliflərim aşağıdakılardır:
1. Dərs yükü və tədris proqramına yenidən baxmaq və azaltmaq.
2. 1-10-cu siniflər üzrə bəzi fənləri növbəti (ümid edək ki, pandemiyasız) tədris ilinə saxlamaq. Məsələn, 1-ci sinifdə tədris edilməli olan qeyri-əsas fənni müvəqqəti olaraq gələcək tərdis ilində 2-ci sinifin tədris proqramına daxil etmək, ikini üçə, üçü dördə, dördü beşə və s.
3. Normal şərtlərdə hər gün 4 saat (yəni dörd 45 dəqiqə) dərs keçilən siniflərə 3 saat, 6 saat dərs keçirilən siniflərə 4 saat dərs keçmək;
4. Məktəbləri ən azı 3 (mümkün olarsa 4) növbəli dərs rejiminə keçirmək. Şagirdlər arasındakı təmasları azaltmaq üçün 3 növbəli dərs rejimində 1-ci növbədə 3, 6 və 9-cu siniflərə, 2-ci növbədə 1, 4, 7 və 10-cu siniflərə, 3-cü növbədə isə, 2, 5, 8 və 11-ci siniflərə dərs keçilməsini təmin etmək. Bu bölgü üzrə hər növbədə dərs alan şagirdlər arasında ən azı 3 sinif və ya 3 yaş fərqi var. Adətən bir-birinə yaxın siniflər, məsələn, 10-cular və 11-cilər arasında dostluq münasibətləri yarananır və istər istəməz şagirdlər təmasda olmalı olurlar. Təqdim olunan bölgü üzrə yaş fərqi sinifdən kənar təmasları tam aradan qaldırmasa da, minimuma enidrə bilər.
5. Hər növbə arasında ən azı 1 saatlıq fasiləni təmin etmək. Bu ona xidmət edəcək ki, birinci növbə dərsdən çıxıb evə qayıdanda, ikinci nöbbə məktəbə gəlib onlara kütləvi şəkildə qarışmayacaqlar. Həm də 1 saatlıq fasilə ərzində sinif otaqlarınım dezinfeksiya edilməsi təşkil olunmalıdır. Sözhbət kustar üsullarla dezinfeksiyadan getmir, bu sahədə ixtisaslaşmış dövlət və özəl şirkətlərin xidmətlərdən istifadə nəzərdə tutulur.
6. Real dərs saatları azaldıldığından, virtual təhsil imkanlarından istifadə etmək. Məsələn, 1-ci növbədə sinifdə dərs keçən şagirdlər, evlərinə qayıtdıqdan sonra gün ərzində zoom və digər proqramlar vasitəsilə 1-2 saat virtual dərs alsınlar.
Ardı var

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.